Sabirabad sakini 3 kq-dan artıq narkotiklə tutuldu


Sabirabad sakinində narkotik aşkarlanıb.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bildiq kənd sakini S.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun qohumuna məxsus evdə gizlətdiyi 3 kq 120 qram marixuana götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu