"Azəriqaz"ın 4 şöbə müdiri həbs edildi - EKSKLÜZİV+YENİLƏNİB


Baş Prokurorluğun mətbuat xidmətindən AFN.az-a bildirildi ki, onlarda "Azəriqaz"da həbslərlə bağlı məlumat yoxdur.


***

"Azəriqaz" İstehsalat Birliyinin 4 şöbə müdiri həbs edilib.


Bu barədə AFN.az-a məlumatlı mənbə bildirib. Qeyd edilir ki, Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəisi Elçin Qocayev, Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov və adı hələlik bizə məlum olmayan daha iki şöbə müdiri həbs edilib. Hadisənin detalları haqda məlumat verəcəyik.

"Azəriqaz" İB ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu vermişik.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu