ABŞ Konqresində atışma zamanı 1 nəfər xəsarət alıb, Nümayəndələr Palatası iclasını dayandırıb - VİDEO+FOTO


ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.



“Report” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.

Qeyd edilir ki, Konqres üzvləri binadan təxliyyə ediliblər.

Müxtəlif nəşrlərin jurnalistlərinin hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.

Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.

PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri sinəsindən yaralanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu