Konqres Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnaməni qəbul etdi




Konqresin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

“Report” "TASS"a istinadən xəbər verir ki, iclasın yayımı qanunverici orqanın yuxarı palatasının saytında aparılıb.

Qeyd edilir ki, demokratların üstünlük təşkil etdiyi palata qətnaməni qəbul edib. Bundan sonra sənəd imzalanması üçün ölkə başçısına təqdim ediləcək.

Ağ Ev artıq bildirib ki, Tramp qətnaməyə veto qoymaq niyyətindədir. Hazırda demokratların Senatda prezidentin vetosuna üstün gəlmələri üçün səsləri azdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu