Çin İranla bağlı ABŞ-a müraciət edib
![](https://static.report.az/photo/521468df-4c0d-3383-ad6d-6e667d59d5be_850.jpeg)
ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.
Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb.
Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək zənginləşdirib. 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırmışdı.