“Azəriqaz” işğaldan azad edilən ərazilərin qazlaşmasını səbirsizliklə gözləyir


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə müxtəlif əlamətdar günlərdə onlarla şəhid ailəsi, müharibə veteranı, əlil insanların müraciətlərinə dəstək olub.



“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

R. Əliyevin sözlərinə görə, bu il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi möhtəşəm Qələbəmizlə başa çatıb: “Bundan sonra bir çox qazi və şəhid ailələrinin qaz təchizatı ilə bağlı müraciətlərinə ciddi yanaşdıq. Əksəriyyətinin həlli üçün səfərbər olduq. Qaz təsərrüfatının 140 işçisi Vətən müharibəsində iştirak edib, 4 şəhidimiz olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik".

Baş direktor qarşıda həm daha məsuliyyətli, həm də müqəddəs bir vəzifənin olduğunu sözlərinə əlavə edib. O, bildirib ki, hər bir qaz təsərrüfatı işçisi indi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə reallaşdırılacaq qazlaşma işlərini səbirsizliklə gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu