Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT


Vətən Müharibəsi sırasında Azərbaycan Ordusunun hərbçiləri Amin Musayev və Bayram Kərimovun əsir düşdükləri video böyük əks-səda doğurmuşdu. Şuşa yaxınlığında düşmənə əsir düşən yaralı hərbçilərimiz hələ də Ermənistanda saxlanılırlar.



Həmin kadrlar Qarabağ döyüşləri sırasında qərəzli reportajları ilə tanınmış “Anna News” agentliyinin müxbiri Aleksandr Xarçenko tərəfindən çəkilmişdi. Jurnalist azərbaycanlı hərbçilərin əsir düşdüyü epizodlar barədə bunları yazıb: “Noyabrın 10-u biz oğlunun meyitini axtaran yaşlı erməni haqqında sujet hazırlayırdıq. Onu mənasız suallarla bezdirdiyimiz zaman döngədən əllərində xərəklər olan Ermənistan ordusunun kiçik dəstəsi çıxdı. Mən Andrey Kamijıkinlə onlara sarı yüyürdük. Baş verənləri çəkirdim və hələ anlamırdım ki, ölmüş erməni yerinə xərəkdə yaralı azərbaycanlı var. Ermənilər onu taparaq, yarasını sarıb hospitala göndərdilər. Bu epizodda biz yalnız kənar müşahidəçi idik”.

Xarçenko yaralı Amin Musayevin həyatını xilas etdiyi epizodu da xatırlayıb: “Təcili yardım maşını yerindən tərpənən kimi onlar yenidən neytral əraziyə getdi. Biz də onlara qoşulduq. Azərbaycanlı əsgərlərin cəsədlərinin yanından keçən zaman təpədə hərəkətlilik müşahidə etdik. Əraziyə qaçan ermənilər daha bir yaralı azərbaycanlı əsgər tapdı. Onun yanında avtomatı və ölmüş döyüş yoldaşının cəsədi var idi. Yanımızdakı hərbçi yaralı azərbaycanlıya atəş açmaq istəyirdi, amma biz onun əlindən tutduq və xahiş etdik ki, atəş açmasın. Bizi müşayiət edənlərin tibbi ləvazimatları olmadığı üçün ilkin yardımı mən göstərəmli oldum. Əsgərin yarasını sarıyıb, onu Xankəndidəki hərbi hospitala göndərdik. Yalnız axşam öz missiyamızı yerinə yetrdik. Yaşlı erməninin oğlunun cəsədini tapa bildik və atasına qaytardıq. 10 noyabr günü mənim üçün belə sona çatdı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu