Parlament sədrindən Kəlbəcər açıqlaması


Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin azad edilməsi ilə bağlı "Facebook" səhifəsində paylaşım edib.



AFN xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub. Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan! Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu