Tbilsidə Gəncə terroru qurbanlarının xatirəsi anılır


Tbilisidə Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi yad edilir.



“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında xüsusi lövhə quraşdırılıb.

Gəncə terroru barədə məlumatların təqdim olunduğu elektron lövhədə vandalizm aktını əks etdirən videogörüntülər və fotoşəkillər nümayiş etdirilir.

Soydaşlarımız və şəhər sakinləri lövhə önünə gül dəstələri, uşaq oyuncaqları düzürlər, günahsız qurbanların xatirəsini şam yandıraraq sükutla anırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu