Paşinyanın Əliyevdən vaxt istəməsi ictimailəşdi, orduya əmr verildi


Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı.



Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb.

Nikol ona qarşı çevrilən daxili ictimai rəyin yönünü dəyişdirmək və özünü xilas etmək üçün dünən – 25 sentyabr – iki addım atdı.

Birincisi, "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan həbs edildi. Bu, daxili siyasi seqmentdə gündəmin dəyişməsinə hesablanıb.

İkincisi, cəbhədə təxribat hücumlarına hazırlıq gedir.

Ermənistan mediası bir neçə saat öncə - yerli vaxtla saat 22:00 radələrində Dağlıq Qarabağdakı bütün hərbi hissələrin 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyi haqda məlumat yayıb. Məlumata görə, işğal olunmuş ərazilərdəki zabit heyəti tam şəkildə hərbi hissələrə çağrılıb.

Cəbhədə gecə hücumunun olaca biləcəyi istisna deyil.

Paşinyan bununla diqqəti "xarici düşmən” obrazı ətrafında cəmləmək və hakimiyyətini gücləndirmək üçün Əliyevdən xahiş edən baş nazir imicini "hücum edən komandan” imici ilə əvəzləmək istəyir.

Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən dediyi "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir” sözləri də təsadüfi deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu