Livanda partlayışda ölənlərin sayı 137-yə çatıb, 5 000-dən çox yaralı var
Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölənlərin sayı 137-yə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Qeyd olunub ki, partlayışda yaralananların sayı 5 000-i ötüb.
Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış baş verib. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.