Koronavirusa yoluxmuş jurnalistlər sağalaraq evə buraxılıb
Koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər sağalaraq evə buraxılıb.
"Report"un xəbərinə görə, bu barədə jurnalist Alçina Alimqızı məlumat verib.
"Koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər - “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq evə buraxılıblar", - o bildirib.