"Qarabağ" 3 futbolçu ilə vidalaşdı




Azərbaycan çempionu "Qarabağ”ı 3 futbolçusu ilə vidalaşdığını rəsmən açıqlayıb.



Qaynarinfo xəbər verir ki, bunlar qapıçı Vaqner da Silva və müdafiəçilər Aylton Silva və Faysal Rerrasdı.

Klubdan gedəcəyi gözlənilən legionerlərin "Qarabağ”dan ayrılması bu gün rəsmiləşib. Bunu klub "Facebook" səhifəsi vasitəsilə açıqlayıb. Bu üç futbolçudan ikisinin müqaviləsi başa çatıb, Faysal isə anlaşmasının bitməsinə bir il qalmış göndərilib.

Qeyd edək ki, bundan əvvəl Maqaye Qeye de Ağdam klubundan ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu