Azərbaycanda payız ayları üçün təhlükəli koronavirus proqnozu - DİQQƏT!




Əgər yay ayları ərzində COVİD-19-un yayılmasının qarşısının alınması üçün tələb olunan qaydalara əməl edilməsə, sentyabr-oktyabr aylarında mövsümi xəstəliklərin də ortaya çıxması ilə əlaqədar vəziyyət daha gərgin ola bilər.

AFN xəbər verir ki, bunu Trend-ə tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə işi 1-2 ay əvvəllə müqayisədə çətinləşir, çünki ölkədə virusa yoluxan xəstələrin sayı getdikcə artır.

Koronavirusun olmaması barədə yayılan şayiələri əsassız hesab edən infeksionist qeyd edib ki, bəzi insanlar həftənin sonunda sərt karantin qaydalarının tətbiq edilməsini qeyri-ciddi qarşılayır:

“İnsanlar bunu zarafata salmalı deyillər, ciddi yanaşmalıdırlar. Başa düşməlidirlər ki, hər bir kəs COVİD-19 daşıyıcısı ola bilər. Türkiyədə küçədə gəzən biri qarşıdan kiminsə gəldiyini gördükdə yolunu dəyişir, çünki onlar artıq hər kəsə COVİD-19 daşıyıcısı kimi baxırlar.

Əgər Azərbaycanda da belə edilməsə, vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Virusun yayılmasının qarşısını almaq üçün bu gün həkimlərimizin var-gücü ilə çalışması ilə yanaşı, insanlar da öz düşüncələrini dəyişməli və məsələni ciddi qəbul etməlidirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu