Tərtərdə ehtiyacı olan ailələrə ərzaq yardımları paylanması davam etdirilir - FOTOLAR




Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.



Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 2869 nəfər olmaqla, 2739 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı, 130 ailəyə isə gigiyenik vasitələr paylanıb.

Ərzaq bağlamaları YAP rayon təşkilatı Gənclər Birliyinin və Tərtər Gənclərinin İnkişaf və Kariyera Mərkəzinin gənc könüllülərinin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.

Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu