Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.