"Tarqovı” yenidən bağlanıb? - AÇIQLAMA




Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə "Tarqovı”nın yenidən bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AFN xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidməti "Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda polis tərəfindən Nizami küçəsinə giriş və çıxışda hər hansı məhdudiyyətlər tətbiq olunmur:

"Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu