Bakıda telefon terrorçusunun kimliyi müəyyənləşdi




Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları telefon terroru faktını araşdırıblar.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Mayın 5-i saat 02:33 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə zəng edən və özünü Samir Ağayev kimi tanıdan naməlum şəxs Müşfiqabad qəsəbəsində yerləşən bütün fabriklərdə terror aktları planlaşdırıldığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin özünü başqa adla təqdim etdiyini bildiriblər. Ancaq həyəcan zənginin edildiyi telefon nömrəsi müəyyən edilib.

Telefon terrorçusunun axtarışına Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub.

Hələlik şübhəli şəxs tutulmasa da, polislər onun kimliyini müəyyən ediblər. Məlum olub ki, özünü Samir Ağayev kimi təqdim edən şəxs daha əvvəl narkotik maddələrin saxlanılması və avtomobil oğurluğuna görə altı dəfə məhkum olunub.

Cinayəti törədən zaman onun spirtli içki və narkotik vasitənin təsiri altında olduğu ehtimal edilir.

Polis İdarəsindən təqsirləndirilən şəxsin tutulmasının zaman məsələsi olması bildirilib.

Qeyd edək ki, Müşfiqabad qəsəbəsində bir sıra fabriklər fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu