UEFA Avropa çempionatını 2022-ci ilə təxirə saldı - RƏSMİ
UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatını təxirə salıb.
AFN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, AVRO-2021 2022-ci il 6 - 31 iyulda baş tutacaq.