Almaniyada koronavirus vaksinin ilk sınağına icazə verildi




Almaniyanın Paul Erlix adına Vaksin və Biotibbi Preparatlar İnstitutu koronavirusa qarşı vaksinin ilk klinik sınağına icazə verib.

“Report”un xəbərinə görə, bu barədə institutun Mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, sınaqda yaşı 18-dən 55-dək olan 200 sağlam könüllü iştirak edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 572 000-i ötüb. Bunların 701 509 nəfəri sağalıb, 178 548 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu