Sabah Bakıda 19 dərəcə isti olacaq




Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AFN-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 13-14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu