İranda parlament seçkiləri keçirilir





Bu gün yerli vaxtla saat 08:00-da İranda parlament seçkiləri üzrə səsvermə başlayıb.

“Report” xəbər verir ki, 290 deputat mandatı uğrunda 7 min namizəd mübarizə aparır.

Qeyd edək ki, seçki prosesi başlayanda 15 mindən çox insan namizədliyini irəli sürüb. Onların bir qismi namizədliyini geri götürüb, digərlərinin qeydiyyatını Konstitusiyaya Nəzarət Şurası təsdiqləməyib.

İranda deputatların səlahiyyət müddəti 4 ildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu