Azərbaycanda şadlıq evinin tavanı uçdu: ölən var
Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.
AFN trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.
------------------------------------------------------------------------------------------------------------
WordPress Hostinq
7.99 ₼ -dan başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt