Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edildi
Lahor Ali Məhkəməsi Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin işinə baxılması üçün xüsusi kollegiyanın qurulmasını qeyri-konstitusion adlandırıb və ölüm hökmünü ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS Geo TV-yə istinadən məlumat yayıb.
Daha əvvəl Müşərrəfin dövlətə xəyanət iddiası üzrə çıxarılan hökmdən Lahor Ali Məhkəməsinə müraciət etdiyi bildirilirdi.
Qeyd edək ki, ötən il dekabrın 17-də Pakistanın Xüsusi Məhkəməsi hazırda BƏƏ-də olan Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb. P.Müşərrəf 2001-2008-ci illərdə Pakistan Prezidenti olub.