Məmməd Əmin Rəsulzadənin daha bir əsəri işıq üzü gördü -




Azərbaycan türklərinin milli dövlətçiliyinin banisi Məmməd Əmin Rəsulzadənin gələn ilin martında qeyd olunacaq vəfatının 65 illiyi ilə əlaqədar KitabKlubu nəşriyyatında onun 1930-cu ildə Parisdə rus dilində Qafqaz İstiqlal Komitəsi tərəfindən çap olunmuş "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” («О пантуранизме. В связи с кавказской проблемой») kitabının faksimilesi və Azərbaycan dilində tərcüməsi işıq üzü görüb.



AFN xəbər verir ki, M.Ə. Rəsulzadənin bu kitabı Zarevandın (Zaven və Vartui Nalbandyanlar) Anadolu və Azərbaycan türklərinin ünvanına böhtanlarla dolu "Türkiyə və panturizm” (Турция и пантуранизм) adlı cızma-qarasına cavab olaraq qələmə alınıb.

M.Ə. Rəsulzadə bu əsərində konkret faktlarla Zarevandın "arqumentlər”ini təkzib edir. Son illərdə Zarevandın bu cızma-qarasının Rusiyya, İran və hətta Türkiyədə kütləvi tirajla çap olunması, M.Ə. Rəsulzadənin "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabının nəşrini daha da aktuallaşdırır.

Kitabda M.Ə. Rəsulzadənin iki məqaləsi – "Rusiyanın köləliyində” və "Nə "peyin”, nə də "material”, eləcə də onun 1930-cu ilin martında Qafqaz, Ukrayna və Türküstan siyasi mühacirləri qarşısında etdiyi məruzənin mətni yer alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu