"Laçın"dakı qızıl univermağında vergi qadağası - qızıllar möhürləndi
"Laçın" Ticarət Mərkəzində qızıl alverçilərinin malları vergi əməkdaşları tərəfindən satışdan yığışdırılıb.
AFN-ə qızıl alverçilərinin verdiyi məlumata görə, dünən vergi işçiləri TV-dəki qızıl univermağına daxil olaraq bütün vitrinlərdəki ağır çəkili, ağır əyyarlı qızılların hamısını alverçilərin seyflərinə dolduraraq ağzını plomblayıblar. Səbəb isə o olub ki, qızıl ticarətçilərinə qoyulan kassa aparatı quraşdırmaları və satışa çıxardıqları qızılların hamısına rəsmi əyyar damğasının alınması tələbinin yerinə yetirilməməsi olub: "Həmçinin univermaqdakı dövriyyənin vergiyə cəlb edilməsi tapşırılıb. Lakin ticarətçilərin çoxu buna məhəl qoymadığı üçün vergi əməkdaşları məcburi qaydada alveri dayandırıblar. Hazırda univermaqda ticarət, demək olar ki, tamamilə dayanıb".