Arif Paşa prezidentə müraciət etdi: “Məni təxribata çəkirlər” - FOTOLAR




811 saylı Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa Prezident İlham Əliyevə müraciət edib.



Müraciətdə Arif Paşa Bakı şəhəri H.Aslanov qəsəbəsi İ.Abbasov-17 ünvanında yaşadığı evin qonşuluğunda təhlükləli tikinti işləri aparıldığını və əlaqədar qurumların təhlükəyə göz yumduğunu bildirib. Ərazidən çəkilən fotoları da təqdim edən Arif Paşa tikintidə bir neçə ay əvvəl yanğın baş verdiyini xatırladıb:

“Göründüyü kimi, o zaman alov mənim evimə kecib. Yanğından mühafizə işçilərinin çevik və fədakar fəaliyyətinin nəticəsi olaraq yanğını söndürmək mümkün olub. Bu, bütün inşaat normalarının pozulması ilə tikilən ev anamın ağır onkoloji xəstə olduğu vaxtlarda, bizim başımızın qarışıq olmasından istifadə edilərək yaşadığım evə birləşdiriməklə, yüngül və yanmağa meyilli konstruksiyalardan quraşdırılmışdı. Yanğın 9 ay öncə baş verib, ondan iki gün öncə isə məhz belə üslubda tikilmiş evdə yaşlı bir adam yanaraq həyatını itirmişdi.

O zamandan dəfələrlə tələb və xahiş etməyimə baxmayaraq, nəinki bu “ölüm maşını” ilə mənim evim arasında təhlükəsizlik məsafəsi təmin edilməyib. İki gün bundan öncə bizim aramızda olan zəif və təkqatli hasarın üstündən əlavə təkqatlı divar qaldırılaraq, hər an uça biləcək, həyəti və yaşadığım evi xüsusi ilə təhlükəli hala gətirən hörgü işləri görülüb. Aidiyyatı təşkilatdan gələn mütəxəssisin də söküntü haqqında tapşırıq verməsinə baxmayaraq, Müdafiə Nazirliyinin 4 sayli Mənzil İstismar İdarəsi söküntü aparmaqdan yayınır. Bu hasar istənilən an uça və fəlakət törədə bilər.

Mən həyatımın 5 ilini bu vətəni qorumağa həsr etmişəm və kifayət qədər cəsarətli adamam! Qanunlara hörmətimdən dolayı aidiyyatı orqanların müdaxiləsini istədim! Faciəni bağışlamaram!”(cebhe.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu