Arif Paşadan şok açıqlama: "Mahir Cavadovun atası mən şərlədərək həbs etdirdi"


"Mən Laçın camaatının ağsaqqallarından olan çox hörmətli Qəzənfər Hüseynovun sözünü eşidərək, Mahir Cavadov haqqında yazdığım statusu qapatdım. Mahir Cavadov isə məni blok edərək haqqımda ən müxtəlif böhtanlar yayır və mənim bu böhtanlara cavab verə bilmək imkanlarımın olmamasını bilməyən bəziləri "hanı Arif Paşayev? Niyə gizlənib, cavab vermir?" kimi suallar verirlər".


AFN xəbər verir ki, bunu Laçın batalyonunun komandiri Arif Paşa yazıb. O, son vaxtlar Mahir Cavadovla aralarında gedən mübahisə ilə bağlı sosial şəbəkədəki hesabında şok sayıla biləcək məlumat açıqlayıb. "Mən buradayam və istənilən suala cavab verməyə hazıram! Mən mənəvi və əxlaqi dəyərləri nəzərə alaraq bəzi həqiqətləri demək istəmədim" deyən A.Paşa 1993-cü ildə həbs olunması ilə bağlı həqiqəti açıqlayıb: "Məni Laçının işğalına görə həbs etməmişdilər. Səbəb tamamilə başqa idi. Mahir məni bunu deməyə məcbur etdi. 1993-cü il iyun ayının 9-da Mahir Cavadovun atası Bəxtiyar Cavadov millət vəkillərindən birinin evinə gələrək guya mənim mərhum Heydər Əliyevə qarşı terror etmək məqsədim olduğu barədə məlumat vermiş və onunla birlikdə Heydər Əliyevin yanına gedərək bu "məlumatı" ona çatdırmışdı. Mən buna görə həbs edildim. Şuşa-Laçın məhkəməsi aysberqin görünən tərəfi idi".
Komandirin sözlərinə görə, mərhum Prezident Heydər Əliyev öz kanalları ilə bu məlumatı yoxlatdırıb və deyilənin yalan olduğunu üzə çıxardıqdan sonra o, bəraət alıb: "Valideynlərimi qəbul edən Heydər Əliyev məni həbsdən cıxdıqdan sonra Türkiyəyə Hərbi Akademiyaya göndərmək istədiyini bildirmişdi. Ancaq mən o zaman orduda olan bəzi adamlarla işləyə bilməyəcəyimi düşündüm. Hər kəs və hər şey haqqında deyiləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu