Rəqəmsal hökumət sahəsində koordinasiya yoxdur - ekspert maraqlı faktlar açıqladı




Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz rəqəmsal transformasiya və rəqəmsal hökumət haqqında maraqlı fikirlərlə çıxış edib.



AFN-in məlumatına görə, o, rəqəmsal hökumət sahəsində koordinasiyanın olmamasından danışıb: "Bu gün məlumat verildi ki İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi özünün növbəti yeni Portalının təqdimatını edib. Tam səmimi deyim ki, artıq mən İİTK-in portallarının sayını itirdiyimdən, köhnə xəbər olacağını düşünərək Google-a müraciət etdim .

Elə qurumun adı + Portal ifadəsini daxil etdikdə ən azı 5-6 portal təqdimatı haqqında məlumat görsəndi: Monitoring.az, azexport.az, enterpriseazerbaijan.com, azranking.az, www.azerp.az və s. Düzü, anlamıram nə baş verir. Doğurdanmı bu qədər portallara ehtiyac var?
Bəkə qurum elə bilir ki, onun statusunu dəyişərək portallar mərkəzinə çeviriblər .

Bir müddət öncə İİKM yaradıcı məhsulların Azexport Portalı vasitəsilə bazara çıxışı ilə bağlı “Kreativ Azərbaycan: yaradıcı məhsulların “Azexport.az” portalı vasitəsilə ixrac imkanları” adlı bir tədbir düzənləmişdi. Dünən isə məlumat verildi ki, Mədəniyyət Nazirliyi məhz bu məqsədlə daha bir yeni portal – www.creative.az - “Kreativ Azərbaycan” portalını yaradıb və artıq təqdimatını da keçirib.

Bir neçə gün öncə keçirilən sərgidə də NRYTN–nin MHM qurumu nəsə bir elektron sənəd dövriyyəsi resursunu təqdim edirdi. Bildiyimə görə, artıq ayrı-ayrı mərkəzi icra qurumlarına məxsus bir neçə belə resurs da mövcuddur.

Yeri gəlmişkən, başqa bir oxşar halı bir daha xatırlatmaq istərdim. Təhsil Nazirliyinin çox uğurla tərbiq olunan məktəbəqədər hazırlıq və 1-ci sinfə qəbulla bağlı e-növbə informasiya sistemi var. Buna baxmayaraq, artıq Bakı şəhər İcra Hakimiyyəti bağçalara qəbulla bağlı eyni mahiyyətli dövlət elektron resursunun hazırlanmasını sifariş edib.

Belə olan halda sual yaranır ki, rəqəmsal hökumət sahəsində koordinasiya varmı? Qanunvericiliklə belə bir səlahiyyət VXSİ Dövlət Agentliyinə verilib və bu məqsədlə Elektron Hökumətin İnkişafı Mərkəzi də yaradılıb. Bu qurum isə bir sıra uğurlu layihələr reallaşdırsa da, koordinasiya sahəsində göründüyü kimi işlər qaydasında getmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu