QHT sədri 1500 manat cərimə edilib




"İşgüzar Qadınlar İnkişaf Naminə" İctimai Birliyi (İB) 1500 manat məbləğində cərimə edilib.



"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi qurumu İnzibati Xətalar Məcəlləsinin 462-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilib.

Bu qərardan "İşgüzar Qadınlar İnkişaf Naminə" İB-nin sədrinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Birliyin rəhbəri Sürayə İsmayılovadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu