Məşhur şirkət 5 000 manat cərimələndi


“Rahatlığın Məkanı-Gold" MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.



“Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi təqsirli bilərək 5 000 manat cərimələyib.

"Rahatlığın Məkanı-Gold” MMC-nin direktoru Azər Eyvazov bu qərardan apellyasiya şikayəti verib.

Şirkət Nərimanov rayonunda 7,5 hektar ərazidə yerləşən 16 mərtəbəli, 25 bloklu, 13 yaşayış binasından ibarət kompleksdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu