ƏMDK-nın keçirdiyi növbəti hərrac rəqabətli olub




Özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar davam etdirilir.



Əmlak Məsələləri Dövlət Komitəsindən AFN-ə verilən məlumata görə, növbəti hərrac 26 noyabr tarixində keçirilib. Hərracda Bərdə Dəmir Beton-9 ASC-nin 30 faizlik səhm paketi özəlləşdirilib. Tikinti sahəsində aid olan bu müəssisənin fəaliyyətinin genişləndirilməsi ilə səhmdarlar yüksək gəlir əldə edə bilərlər. Adı çəkilən Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 203 min 509 manatdır.

Qeyd edilməlidir ki, alıcıların hərraclarda aktivliyi prosesi rəqabətli edib. Belə ki, Toyota Prado markalı nəqliyyat vasitəsinin hərracı zamanı təkliflər hər 60 saniyədən bir yenilənib. Nəhayət ilkin start qiyməti 10 min manat olan həmin avtomobil ən son 23 min 500 manata özəlləşdirilib. Nəqliyyatın istehsal tarixi 2008-ci ildir.

Bundan başqa digər 6 avtomobil də özəlləşdirilib. Həmin nəqliyyat vasitələri Avropa və Yapon istehsalı olan maşınlardır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Qeyd edilməlidir ki, Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu