“Gilan Holdinq” pepsinin “DQR”-də fəaliyyətinə niyə etiraz etmir?




Sosial şəbəkələrdə 2018-ci ildə çəkilən Laçın koridorunda Pepsi-Colanın reklamı və həmin yolda yerləşən “PepsiCO” şirkətinin rəsmi dilleri olan binanın fotosu yayılıb. Situasiya şirkətin Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi dəyərləndirilir.



AFN xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “PepsiCola”nın Laçın koridorunda Şuşaya gedən yolda reklamı və rəsmi dilleri kimi görünən firmanın binası olduğunu bildirib. O, bununla bağlı foto da paylaşaraq əlavə edib: “PepsiCo” şirkəti Azərbaycanda ilk zavodunu 2000-ci ildə Bakıda açıb. 2017-ci ildən etibarən “Pepsi” məhsulları Qəbələdə yerləşən və “Gilan Holdinq”ə aid olan Qəbələ Konserv Zavodunda “PepsiCo” şirkətinin lisenziyası əsasında istehsal edilir. “PepsiCO” şirkətinin Ermənistanada da zavodu var və bu şirkət münaqişə tərəflərinin əsas mərkəzi olan işğal altında olan Qarabağda da satışını dillerləri vasitəsilə həyata keçirir”.
Qeyd edək ki, 2011-ci ildə də oxşar məsələ qaldırılmışdı və etiraz edilmişdi. Həmin vaxtlarda “PepsiCO” şirkəti Qarabağda mağazası və dilleri olduğunu danmışdı. Z.Əliyev “Azərbaycandan milyonlar qazanan bu şirkət niyə ölkəmizin ərazi bütövlüyünə riayət etmir?” deyə sual edir.

Məsələ ondadır ki, “Gilan Holdinq” beynəlxalq “PepsiCO” şirkəti qarşısında şərt qoyaraq Dağlıq Qarabağda fəaliyyətinin dayandırılmasına nail ola bilər. Əminik ki, belə bir etiraz olarsa “PepsiCO” 3-5 minlik “DQR”-i deyil, 10 milyonluq Azərbaycanı seçər. Çünki ortada biznes maraqları var. Bir şirkət üçün, istehsalçı üçün təbii ki, biznes maraqları bu cür məsələlərdə bir qayda olaraq öndə olur. Lakin “Gilan Holdinq”in mövqeyindən yanaşsaq, burada ümumilli maraqlardan, həmçinin dövlət maraqlarından söhbət gedir və bu baxımdan şirkətin etiraz etməsi gözləniləndir. Bu baxımdan AFN dosent Zaur Əliyevin haqlı sualını araşdırmaq məqsədilə “Gilan Holdinq”ə sorğu ünvanlasa da, şirkətdən cavab ala bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu