Ərdoğan Azərbaycanlı idmançıya: "Biz gedərik, siz də gələrsiniz"




9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.



Bu haqda AFN-ə məlumatı A.Musayev özü verib. Onun sözlərinə görə, Türkiyə prezidentinə xatırladıb ki, ötən görüşlərinin birində o, türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirmişdi: "İndi həmin məqam yetişib, Türkiyə ordusu terrorçularla qəhrəmancasına mücadilə aparır. Bu günlərdə Qarabağ qaziləri ilə birgə Türk xalqına dəstək məqsədilə "Barış Pınarı" əməliyyatında terrorçulara qarşı Türkiyə Ordusunun sıralarında bir minbaşı kimi mehmetciklərlə çiyin-çiyinə mücadilə etmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdiyini vurğuladım və buna hazır olduğumu söylədim. Rəcəb Tayyib Ərdoğan isə bu barədə məlumatlı olduğunu və məmnunluğunu ifadə edərək dedi: "Biz gedərik, siz də gələrsiniz."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu