Müəllim adının şərəfli daşıyıcısı Elnarə Xəlilova




Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir.



Hörmətli prezidentimiz İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO – nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini Azərbaycan xalqı və dövlətinə xidmətinə daha da ruhlandırır.

Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamları ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox müəllim fəxri ada, dövlət təltiflərinə layiq görülür. Bu il də Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar mükafat alanları, onların simasında ölkəmizin bütün təhsil işçilərini təbrik edir, möhkəm cansağlığı və şərəfli işlərində daha böyük uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 3 oktyabr 2019 – cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən müəllimlərimizin siyahısında müəllimə adını şərəflə daşıyan Xəlilova Elnarə Şamxal qızıda var.
Xəlilova Elnarə Şamxal qızı 1993-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1993 cü ildən 2004-dən Bakı şəhər Nəsimi rayonu 111 saylı məktəbdə ibtidai sinif müəlliməsi işləyib və 2004-cü ildən 6-saylı məktəb liseydə işləyir. 2012-ci il ildə “İlin müəlliməsi” fəxri adına layiq görülüb.

Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan Elnarə müəlliməni və bu ada layiq olan bütün müəllimləri T. İsmayılov adına 6 saylı məktəb-liseyin 4A sinifinin adından təbrik edirik!
Bayramınız mübarək!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu