Dünya şokda: Venerada həyat olub




"Venera planetində 2-3 milyard il həyat olduğu ehtimal edilir. Aparılan tədqiqatlar nəticəsində, səthinin 80 faizini əhatə edən okean izləri tapılıb".



AFN-in məlumatına görə, bu məlumat ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) nəzdində fəaliyyət göstərən Goddard Kosmik Tədqiqatlar İnstitutunun yaydığı hesabatda bildirilib. Sənəddə qurumun Venerada apardığı araşdırmalar və nəticəsi qeyd olunub.

NASA alimləri bu planetlə bağlı yeni ehtimallar irəli sürürək, uzun illər əvvəl Venarada həyat olduğunu düşünürlər: "Aparılan araşdırmalara əsasən, bir zamanlar bu planetdə həyat üçün əlverişli şərtlər olub. Böyük bir okean izinin tapılması maye şəklində suyun və 5 iqlim qurşağının varlığından xəbər verir. Elmə əsaslanaraq deyə bilərik ki, okeanın mövcud olduğu dönəmdə Venerada havanın temteraturu 20-50 dərəcə təşkil edib".

Alimlərin bildirdiyinə görə, Venera 4.2 milyard il əvvəl yaranıb. Sürətlə soyuma prosesindən sonra planetdə 2-3 milyard illik həyat başlayıb. 700 milyon il əvvəl baş verən təbiət hadisələri nəticəsində Venerada həyat tamam məhv olub.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu