4 ayaqlı, 3 əlli uşaq doğuldu - FOTOLAR
Hindistanda yenə hamını şoka salan doğuş gerçəkləşib.
Lent.az -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 24 yaşlı qadın iki oğlan və bir qız uşağı dünyaya gətirib. Oğlan uşaqlarının səhhəti yaxşı olduğu halda, qız 4 ayaqlı və 3 əlli doğulub.
Həkimlər 3-cü körpənin qıza bitişik inkişaf etməsini səbəb gətirərək, uşağın 4 ayaq və 3 əllə doğulduğunu deyiblər. Buna görə də uşaqğın artıq ayaq və əllərinin kəsiləcəyi bildirilib.
Uşaqların atası yoldaşının iki uşağa hamilə olduğunu bildiyini və buna görə də əlavə ultra müayinəyə getmədiklərini söyləyib.