Qızı Fuad Qəhrəmanlının yalan danışdığını dedi: "Profilim oğurlanmayıb..."-VİDEO
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur profilində yayımladığı yazının özünə məxsus olduğunu videogörüntü ilə təsdiqləyib.
AFN-in məlumatına görə, bir neçə dəqiqə əvvəl canlı yayıma çıxan Selcan Yağmur atası haqda yazılanların müəllifinin özü olduğunu qeyd edib: "İddialar var ki, profilim oğurlanıb, yalandır. Hamısını özüm yazmışam, heç bir təzyiq-filan da olmayıb, sırf şəxsi qərarımdır. Hətta yazını bir neçə dəfə yazıb pozub sonra yazıb yayımlamışam".
Qeyd edək ki, Selcan Yağmur bu gün atasının ailədə şiddət sərgiləməsinə etiraz əlaməti olaraq ondan imtina etdiyini bəyan edib. F.Qəhrəmanlı isə qızının profilinin oğurlandığını, bəyanatı başqasının yazdığını bildirib.