PKK-çılar polisə təslim oldular
PKK terror təşkilatının 6 üzvü İraqın şimalındakı düşərgələrindən qaçaraq Şırnak vilayətinin Silopi rayonu yaxınlığında yerləşən Habur Sərhəd Məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.
“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, saxlanılan terrorçulardan 4-ü qadındır.
Faktla bağlı daha ətraflı məlumat verilmir.