Azərbaycan Ordusu şəhid verdi: Qaxda dəfn ediləcək




Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

AFN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

1983-cü il təvəllüdlü Aqşin Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid olan hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu