Yaponiya nümayəndə heyəti ETSN-də olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.