Salah dünyanın ən nüfuzlu 100 adamından biridir
İngiltərənin "Taym" jurnalı dünyanın 100 ən nüfuzlu şəxsinin siyahısını dərc edib.
Modern.az-ın məlumatına görə, siyahıda çoxsaylı siyasətçi, aktyor, ictimai xadim və müsiqiçilərlə bərabər idmançılar da yer alıb.
"Liverpul"un müsəlman (misirli) futbolçusu Məhəmməd Salah, ABŞ-ın “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms, yaponiyalı tennisçi Naomi Osaka, ABŞ qolfçusu Tayger Vuds da "100-lük"dədir.
Qeyd edək ki, siyahıda qadın idmançılardan isə Fransanın "Lion" klubunda çıxış edən Aleks Morqana da yer verilib.