Samuxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib




Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.



Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 4-də Samuxun Poylu kəndində baş tutub. Rayon mərkəzindən 70 km uzaq məsafədə yerləşən Poylu kəndində təşkil edilən səyyar satış axşam saatlarına kimi davam edib və 53 vətəndaş 30,8 ton azot, 3,5 ton nitroammafoska gübrəsi, 194 litr Elision 48SL və 4 litr Renubra 500SL herbisidi əldə edib.

Aprelin 5-də isə Samuxun Qarayeri kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı baş tutub. Səyyar satış zamanı 40 vətəndaşa 15 ton azot, 6150 ton nitroammafoska gübrəsi satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu