Elşad Abdullayev yeni müəmmalar burulğanında...




Bir vaxtlar sosial şəbəkələr üzərindən yaydığı qalmaqallı videolarla gündəmə gələn və populyarlaşan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə bağlı maraqlı proseslərin getdiyinin şahidi oluruq.



Hazırda Fransada yaşayan Elşad Abdullayevin sahibi olduğu “Facebook” profilinin bağlandığı ilə bağlı iddia ortaya qoyulub. Biz bu yöndə araşdırma apardıqda məlum oldu ki, doğrudan da Elşad Abdullayevə məxsus olan və öz adı ilə qeydiyyatdan keçdiyi köhnə profili fəaliyyət göstərmir. Xaricdə yaşayan mühacirlər və bir vaxtlar Elşad Abdullayevlə silahdaş olanların özləri iddia edirlər ki, sabiq rektorun profilinin bağlanmasının maraqlı səbəbi var. İddia olunur ki, “Facebook” onun Rusiya təhlükəsizlik xidmətlərilə əlaqəli olduğunu əsas gətirərək Elşad Abdullayev adlı profilini ləğv edib. Maraqlıdır ki, o bununla bağlı səs-küy salmayıb. Elə həmin mühacirlər iddia edirlər ki, Elşad Abdullayev Azərbaycan rəhbərliyinin adına tövbə və üzrxahlıq məktubu yazaraq, Respublika Prokurorluğuna göndərib. O, əməllərindən peşman olduğunu, indiyə qədər etdiklərini müxalifətin təzyiqilə etdiyini və bundan sonra hakimiyyətə xidmət edəcəyinə söz verir, bağışlanmağını, haqqındakı cinayət işinin bağlanmasını istəyir. Ən maraqlı məqam isə bundan ibarətdir ki, Elşad Abdullayevin bağlanmayan və fəaliyyət göstərən sosial şəbəkə hesablarında da maraqlı proseslər yaşanır. Belə ki, ona məxsus olan “Yotube” kanalında araşdırma apardıqda gördük ki, Elşad Abdullayevin Azərbaycanla bağlı yayımladığı bir çox qalmaqalı videoları hesabdan silinib. Çox güman ki, Elşad Abdullayev bu jestləri bağışlanması üçün edir. Hüquqşünaslar hesab edirlər ki, Elşad Abdullayev barəsində Azərbaycanda cinayət işi var və gəlib həmin ittihamlara cavab verməlidir. Bildirilir ki, onun atdığı addımlar işində yüngülləşdirici hal kimi nəzərə alına bilər. Necə deyərlər tövbə qapısı hər zaman açıqdır... (moderator.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu