Trampın adı Kennedi Mərkəzinin fasadından söküldü
ABŞ Prezidenti Donald Trampın adı Vaşinqtonun baş teatr-konsert məkanı olan Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzinin fasadından sökülüb.
AFN.az xəbər verir ki, iyunun 13-nə keçən gecə binanın qarşısındakı inşaatda işləyən fəhlələr ABŞ prezidentinin adını formalaşdıran hərfləri demontaj ediblər.
Mərkəzin qarşısına toplaşan onlarla insan baş verənləri izləyərək fəhlələrin hərəkətlərini alqışlayıblar.
İzləyicilər əllərində Trampın ünvanına tənqidi fikirlər yazılmış plakatlar tutublar.
Daha əvvəl Vaşinqton məhkəməsi Trampın şəhərin əsas teatr-konsert kompleksi olan "Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzi"nin adını öz şərəfinə dəyişməsini qadağan etmişdi.
Məhkəmə qərarında qeyd olunmuşdu ki, Trampın Konqresin əvvəlcədən razılığı olmadan mərkəzin adını dəyişməyə hüququ yoxdur.
