Almaniyada İkinci Dünya Müharibəsi dövrünə aid "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb



Almaniyanın Aşağı Saksoniya torpağındakı Nordholts hərbi-dəniz aviasiya bazasında İkinci Dünya Müharibəsi dövrünə aid və demək olar ki, tamamilə salamat qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu təsadüfən aşkar edilib.

AFN.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, 29 ton çəkisi olan bu hərbi maşın təxminən 80 il qumun altında qalıb.

Yaşına baxmayaraq, texnika yaxşı vəziyyətdədir, belə ki, hərəkət hissəsinin detalları demək olar ki, yeni kimi görünür və üzərindəki orijinal kamuflyaj rənginin qalıqları da qorunub saxlanılıb.

Arxeoloqlar güman edirlər ki, müttəfiqlər müharibədən sonra bu hərbi maşını digər hərbi metal qalıqları ilə birlikdə basdırıblar.

Hazırda zirehli maşın aviasiya bazasının ərazisində etibarlı şəkildə mühafizə olunur və yaxın vaxtlarda bərpa edilməsi üçün Münsterdəki Alman Tank Muzeyinə göndəriləcək.

Bundan sonra isə onun Drezdendəki Bundesverin Hərb Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilməsi planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu