ABŞ universitetlərində süni intellekt üsyanı böyüyür



Təhsildən tutmuş məzuniyyət mərasimlərinə qədər hər bir sahədə süni intellektdən istifadəni məcburi edən universitet rəhbərlikləri xətalı sistemlər və büdcə ixtisarları səbəbindən tələbələrin və valideynlərin sərt etirazları ilə üzləşib.

AFN.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarındakı bir çox ali təhsil müəssisəsi büdcə çatışmazlığı ilə mübarizə apardığı bir dövrdə süni intellekt şirkətləri ilə milyonlarla dollarlıq müqavilələr imzalayır.

Məsələn, Kaliforniya Dövlət Universiteti ciddi büdcə məhdudiyyətlərinə getməsinə baxmayaraq, bir süni intellekt şirkəti ilə çatbot müqaviləsini daha yüksək xərclərlə yeniləyərək milyonlarla dollarlıq əlavə maliyyə yükünün altına girib.

Süni intellekt şirkətləri üçün bu vəziyyət öz texnologiyalarının ali təhsildə kütləvi şəkildə tətbiq oluna biləcəyini sübut etmək üçün böyük bir fürsət yaradır, universitetlər isə bu addımı bir nüfuz və prestij göstəricisi kimi qəbul edirlər.

Lakin büdcələrin əsas təhsil fəaliyyətlərindən kəsilərək bu sahələrə yönəldilməsi təhsil ocaqlarında narazılığı getdikcə artırır.

İdarəetmə işlərinin süni intellektə həvalə edilməsinin yaratdığı fəsadlar artıq real nümunələrlə özünü büruzə verir.

Arizonadakı "Glendale Community College"ın məzuniyyət gecəsində diplomlarını almaq üçün səhnəyə çıxan tələbələrin adlarını oxumaq məqsədilə süni intellekt sistemindən istifadə edilib.

Lakin sistem səhnədəki tələbələrlə adları düzgün uyğunlaşdıra bilməyib və ekrana səhv məlumatları əks etdirib, həmçinin onlarla məzunun adını tamamilə ötürüb.

Yaranan bu xaos fonunda məktəb rəhbərliyinin etdiyi rəsmi açıqlama məzunlar və ailələri tərəfindən fitə basılaraq etiraz edilib.

Tələbələr həyatlarının ən əlamətdar günündə belə mühüm və insani bir vəzifənin süni intellekt proqramına dövr edilməsini səmimiyyətsizlik və biganəlik kimi qiymətləndiriblər.

Süni intellektin təkcə inzibati işlərlə məhdudlaşmayıb, tədris və qiymətləndirmə proseslərinə də daxil edilməsi daha ciddi risklərdən xəbər verir.

Kembric Universiteti tərəfindən aparılan bir araşdırma mütərrəqqi süni intellekt sistemlərinin tələbələrin tapşırıq və məqalələrini qiymətləndirərkən xətalı nəticələr verdiyini ortaya qoyub.

Müəyyən edilib ki, bu sistemlər akademik məzmundan daha çox mətnin uzunluğu və mürəkkəb cümlə strukturları kimi dil xüsusiyyətlərinə qarşı həddindən artıq həssasdır.

Bu səbəbdən proqramlar insanların yüksək qiymətləndirdiyi keyfiyyətli işlərə aşağı xal verir, zəif və məzmunsuz yazıları isə yüksək balla mükafatlandırır.

Ekspertlər vurğulayırlar ki, imtahan və qiymətləndirmə prosesləri sadəcə qiymət yazmaqdan ibarət deyil; tələbələrin əməyinin düzgün dəyərləndirilməsi və təhsildəki etimad mühitinin qorunması üçün insani yanaşma və məntiqi mühakimə mütləq şərtdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu