Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar hansılar olub? - SİYAHI


Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb.

Dövlət Statistika Komitəsinnin məlumatına görə, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb.

Mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb. Digər məhsul qruplarından süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4% artıb. Çörək, çörək məmulatları və yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% bahalaşıb.

Hesabat ayında ən çox ucuzlaşma tərəvəzərin qiymətində qeydə alınıb. Belə ki, may ayında tərəvəzlərin qiyməti aprel ayı ilə müqayisədə 3,1% azalıb. Yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.

Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu