Tramp İrana qarşı bu axşama planlaşdırılan hava zərbələrini ləğv etdiyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu əsas gətirərək, bu ölkəyə qarşı bu axşam üçün nəzərdə tutulan hərbi zərbələri təxirə saldığını açıxlayaıb.

AFN.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İran İslam Respublikası ilə müzakirələrin bu ölkənin ali rəhbərliyi səviyyəsinə qaldırılması və bəyənilməsi faktına əsaslanaraq, mən ABŞ Prezidenti kimi İrana qarşı bu axşama planlaşdırılan zərbələri və bombardmanları ləğv etdim", - deyə Tramp bildirib.

O qeyd edib ki, sazişin əsas bəndləri və detalları prosesə cəlb olunmuş bütün tərəflər, o cümlədən ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər dövlətlər tərəfindən həm konseptual, həm də ən xırda təfərrüatlarına qədər təsdiqlənib. Tramp saziş tam yekunlaşana qədər dəniz blokadasının qüvvədə qalacağını və sənədin imzalanacağı yer və vaxtın yaxın vaxtlarda elan olunacağını əlavə edib.

Xatırladaq ki, bundan bir neçə saat əvvəl ABŞ Prezidenti İrana qarşı "daha güclü" bombalarla yeni və dağıdıcı zərbələrin endiriləcəyini bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu