Türkiyə Fransa ilə Kipr arasında imzalanan müdafiə sazişini qanunsuz adlandırıb


Türkiyə Milli Müdafiə Nazirliyi Fransa və Kipr arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişinin beynəlxalq hüququ və adada konstitusiya quruluşunu müəyyən edən 1960-cı il müqavilələrini pozduğunu bəyan edib.

AFN.az AFP-yə istinadən xəbər verir ki, Nikosiyada imzalanan sənəd ikitərəfli hərbi əməkdaşlığı gücləndirməyi və Fransa silahlı qüvvələrinin Kiprdə yerləşdirilməsini nəzərdə tutur. Fransa Prezidenti Emmanuel Makron bunun Şərqi Aralıq dənizi və Yaxın Şərqdə humanitar əməliyyatlara kömək edəcəyini bildirsə də, Ankara razılaşmanı kəskin pisləyib. Türkiyə tərəfi Fransanın Kipr məsələsində qarant ölkə olmadığını və Kiprin yunan rəhbərliyinin birtərəfli addımlarla Kipr türklərinin hüquqlarını görməzdən gəldiyini vurğulayıb.

Nazirlik Kipr türklərinin təhlükəsizliyinə yönələn hər hansı təhdidə qarşı Türkiyənin qətiyyətlə cavab verməyə hazır olduğunu və ordunun buna tam qadir olduğunu xəbərdar edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu